1 May 2020 12:44
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aprelin 27-də Mərkəzi Bank 4 bankın idarəçiliyini özü üzərinə götürüb. Aprelin 28-də isə “Atabank” və “Əmrahbank”ın lisenziyasını ləğv edib. İki bank isə hələlik gözləmədədir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bankları bağlamaq yox, birləşdirmək lazımdır:

“Ümumiyyətlə, banklarla bağlı dəfələrlə Milli Məclisdə mən və həmkarım Əli Məsimli danışmışıq. Banklarla bağlı qərar alanda əvvəlcə xalqın problemlərini diqqətə almaq lazımdır. Bu iki bankda əmanətlər təxminən 850 milyon manata yaxındır. Bu vəsait isə dövlət büdcəsi hesabına qarşılanmalıdır. Olmazdı ki, Mərkəzi Bankın rəhbərliyi vaxtında bu bankların sağlamlaşdırılması üçün addım atardı? Niyə bankların birləşdirilməsi ilə bağlı addım atılmır, birbaşa bağlayırlar”.

Deputat həmçinin bildirib ki, “Atabank” cinayətkar bir bank idi və vəsaitləri xarici daşımaqla məşğul idi:

“Amma digər banklarla bağlı alınacaq qərarla önəmlidir. Burdan cənab Prezidentə də səslənirəm ki, banklarla bağlı onların daha çox birləşdilməsi və sağlamlaşdırılması ilə bağlı qərar qəbul olunsun”.


Müəllif: Cavad

Oxşar xəbərlər