8 May 2020 11:28
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada islahatlar aparmaq Mixail Saakaşvili üçün çətin olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hərəkat sədri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Ukraynada rəsmi vəzifəyə təyin edilməsinə münasibət bildirib:

“Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinə rəhbər təyin etdi. Bu, Saakaşvilinin Ukrayna siyasətinə ikinci qayıdışıdır. Bundan əvvəl o, Odessa vilayətində qubernator işləyib. Hazırda Saakişvili vilayət deyil, milli səviyyədə islahatlara məsul olacaq. Bacaracaqmı? Ukrayna kimi oliqarxlar ölkəsində bunu etmək o qədər də asan olmayacaq. Amma hesab edirəm ki, Prezident Zelenski Saakaşvilini sonadək müdafiə edərsə, buna hünəri və qətiyyəti çatacaq. Hazırda islahat üçün ən vacib məsələlərdən biri məsuliyyəti götürməkdir. Saakaşvilinin təcrübəsi və xarakteri ona imkan verir.

Zelenskinin alternativləri tükənir, bir ildən çox hakimiyyətdə olmasına baxmayaraq, əhəmiyyətli dəyişikliklərə nail ola bilmir. Üstəlik də Beynəxlalq Valyuta Fondunun proqnozlarına görə bu il Ukraynada iqtisadi tənəzzül 7.7 faiz olacaq. İslahat və anti-korrupsiya istiqamətində ardıcıl və hədəfli siyasət olmazsa, Ukrayna böhrandan çıxa bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər