Qanunun işləməmə qorxusu var. Əgər xatırlayırsınızsa, “Tütün məmulatları haqqında” qanun qəbul ediləndə mən bu narahatlığımı ifadə etmişdim. Bu qanunun işləməməsi qorxumu da sizinlə bölüşürəm.
Bu fikirləri Milli Məclisdə deputat Tahir Kərimli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə fikirlərini açıqlayarkən deyib.
“Məsələn, vəzifəli şəxs gəldi Az.TV-yə. Dövlət dilini də yaxşı bilmir. Bu halda necə olacaq, cəzalandırılacaq?" - Tahir Kərimli sual edib.
Azərbaycanda dövlət dili və ədəbi dilə təsir edən hüquqi aktlar var. 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Qafqaz Bürosunun Azərbaycan şöbəsi Azərbaycan dilinin müəyyən dialekti əsasında qərar verdi. Beləcə, 1932-ci ildən bu yana ədəbi dil dəyişmir. Mən bu dili müdafiə edirəm”.
T.Kərimli əlavə edb ki, Azərbaycan dilinin yazısı ilə bağlı problem yoxdur: “Qrammatika var. Bəli, qanunlara düzəlişlər edilməlidir. "Dövlət dili haqqında" qanun 18 il əvvəl qəbul edilib. Mən hesab edirəm ki, bütün bölgələrdə hansı dialekt və ləhcədə danışılmasından asılı olmayaraq, bu, dövlət dilidir. Dilə, danışığa görə cəriməni düzgün hesab etmirəm. Hamı qramatik dil, ədəbi dildə danışa bilmir. Mən xahiş edirəm, bunu nəzərə alın. İnsanları hər şeyə görə cəzalandırmaq olar, amma dilə görə yox”.