19 May 2020 15:46
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə Çernobul əlilləri tərəfindən müraciət edilib. Onlar qeyd edirlər ki, 2000-ci ildən sonra evlə təmin edilmirlər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Rauf Əliyev səsləndirib.

Deputat bildirib ki, 2000-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Тazirliyi Çernobul əlillərinin evlə təmin edilməsi istiqamətində addımlar atıb:

"Amma 2000-ci ildən sonra onların evlə təmin edilməsi dayandırılıb. Son 20 ildə 500 nəfərdən artıq əlil evlə təmin edilməyib. Məndən xahiş etdilər ki, bu məsələni səsləndirim. Ümid edirəm ki, nazirlikyi bunu nəzərə alar”.


Müəllif: Cavad

Oxşar xəbərlər