Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, Suriyada maraqlı proses müşahidə olunur. Bir tərfədən qeyd edilir ki, Rusiya Bəşər Əsəddən imtina etməyə hazırlaşır, digər tərəfdən də Əsəd müxalifətlə anlaşmaya gedir. Sizcə, bu proseslər hansı nəticəni ortaya qoyacaq?
- Bəllidir ki, dünyda və regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Pandemiya və koronovirusla mübarizə bu qarşıdurmanı həm kəskinləşdirib, həm də böhrana çevirib. Digər tərəfdən, pndemiya yeni dünya düzəni quruculuğu nizamını sürətlənirib.
Bu mənada böyük oyunçular, yəni dünyanın yenidən qurulmasında rolu olan böyük güclər arasında intensiv danışıqlar gedir. Bu danışıqlar mövqelərin aydınlaşdırılması, müəyyənləşdirilməsi məqsədi güdür. Sözdür ki, ABŞ burada həm dünyanın yenidən şəkilləndirməsi, həm də yeni dünya düzəni prosesində həlledici rol oynamaq istəyir və öz şərtlərini diktə edir. Odur ki, son zamanlar ABŞ-ın bu istiqamətdə həm Rusiya, həm Çin, həm də müttəfiqi Avropa Birliyinə, İsrailə və Böyük Britaniyaya basqılar edir.
O cümlədən qardaş Tükiyəyə. Qeyd edim ki, aprelin 17-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının katibi Robert Obraynla Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ciddi müzakirə aparılıb. O cümlədən Ukrayna böhranı daxil olmaqla münaqişələr mövzusunda. Bundan sonra Rusiyanın öz tərəfdaşları ilə məsləhətləşmələri başlayıb. Həmçinin Türkiyə ilə Rusiya arasında danışıqlar gedir.
Bu konteksdə münaqişə zonalarında nələrin baş verdiyinə diqqət etmək lazımdır. Burada əsasən Ukrayna, Suriya və Liviyaya diqqət etməliyik.
- Maraqlıdır, sizə görə bu regionlardakı münaqişə nöqtələrində hansı proses müşahidə olunur?
- Birincisi, ABŞ Milli Təhlükəsizlik Şurasının katibi Obrayn Rusiya ilə sərt dildə danışıb və Rusiyanın MDB məkanında, xüsusilə Belarus və Ukraynaya dair aqressiv siyasətindən vaz keçməyə çağırıb. Bu, təbii ki, Azərbaycan baxımından da müsbət perspektiv açır. Çünki Rusiya ətrafındakı hər kəslə təzyiqlə danışmağa üstünlük verir. İndi görünən odur ki, ABŞ Rusiya ilə daha sərt tonda danışmağa başlayıb.
İkincisi, ABŞ İsrail-Türkiyə münasibətlərinin normallaşmasını istəyir. Mətbuata çıxan məlumatlara görə, artıq Ankara ilə Təl-əvəv arasında danışıqlar gedir. Yaxın Şərq və şərqi Aralıq dənizində münasibətlərin yeni formata qurulması bu danışıqlarda müzakirə olunur.
Yaxın Şərqdə və şərqi Aralıq dənizində olan durum gələcəkdə qurulacaq yeni dünya düzəninə uyğunlaşdırılır.İsrail və Türkiyə arasında gedən məxfi danışıqları da müsbət itiqamət kimi qiymətləndirmək olar.
Üçüncü müsbət istiqamət Türkiyənin güclənməsi, onun Liviyada təşəbbüsü ələ almasıdır. Bu da, bütövlükdə Türkiyənin çəkisini artırır.
Sözsüz ki, Türkiyənin yeni dünya düzəni proseslərində çəkisinin artması Azərbaycanın maraqları baxımından fürsətdir.
- Çin faktoru...
- Xüsusi diqqət yetiriləsi məqamlardan biri də ABŞ-ın Çinə təzyiqini artırılmasıdır. Gözlənilən budur ki, münasibətlər kəskinləşəcək və bu konteksdə İrana təzyiqlər artmağa başlayacaq. Bu da son zamanlar Azərbaycan mətbuatında müzakirə edilən şərti olaraq Xudafərin körpüsü məsələsini nəzərə alsaq görərik ki, bu istiqamətdə Azərbaycan üçün müəyyən fürsətlər yaradır.
Mən hesab edirəm ki, əslində dünyanın geopolitik mənzərəsində və yeni dünya düzəni quruculuğunda baş verən son tendensiyalar Azərbaycanın maraqları baxımından müsbət proseslərdir. Bu baxımdan Azərbaycanın ABŞ, İsrail və Türkiyə ilə münasibətlərinin inkişf etdirməsinin faydalı olacağını düşünürəm.
- Bu arada Ukrayna ilə bağlı məxfi səs yazısı ortaya çıxdı. Hansı ki, bu səs yazısında baş pokurorun vəzifədən alınması və bu posta təyinatla bağlı 1 milyard dollar rüşvətdən söhbət gedir. Keçmiş prezident Paroşenko elan etdi ki, bu kimi səsyazılarının məqsədi Ukrayna ilə qərbin arasını vurmağa xidmət edir. ABŞ-ın məşhur siyasətçisi Baydenin oğlunun da qarışdığı bu hadisə haqqında nə düşünürsünüz?
- Əslində bu geopolitik böhranın, yeni dünya düzəni quruculuğu prosesinin son mərhələyə daxil olmasının törətdiyi nəticədir. Sözsüz ki, burada kəşfiyyat, psixoloji və informasiya müharibəsi getdikcə qızışacaq. Bu mənada hadisələri təhlil və analiz etmək, məsələlərə daha geniş baxmaq strateji düşüncə tələb edir.
Biz təəssüflər olsun ki, məsələlərə genş, dərin və uzunmüddətli perpektivdə baxmağı bacarmırıq. Hər kəs bilməlidir ki, dünyada və regionda strateji qarşıdurma gedir. Bu strateji qarşıdurmada resursları böyük olan tərəf də aib gələcək.
- Avropa Birliyi məsələsi sanki gndəmdə yoxdur və bu nəhəng konfiqurasiya sıradan çıxmış kimi görünür...
- Hələlik Avropa Birliyi istiqamətində qeyri-müəyyənlik hökm sürür. Xüsusilə, Böyük Britaniyanın Avropa Birliyindən ayrılıqdan sonra bu qurumun çəkisi bir qədər azalıb.
Digər tərəfdən, pandemiya dövründə qurum daxilində ziddiyyətlər daha qabarıq formada ortaya çıxıb. Hələlik biz ABŞ, Türkiyə və İsrail istiqamətinə diqqət etməliyik. Və Böyük Britaniyanı da yaddan çıxarmamalıyıq.
- Niyə Avropa Birliyi deyil, məhz Böyük Britaniya?
- Çünki Böyük Britaniya böyk gücdür, dünyanı idarə edən dərin güclərin mərkəzi Londonda yerləşir. Eyni zamanda Britaniyanın imperialist təcrübəsinə, ingilis dilli dövlətlər birliyinin gücünə, kəşfiyyat imkanlarını, yerini, tarixi rolunu da unutmamaq lazımdır. O cümlədən Azərbaycandan olan maraqlarını.
- Amma hazırda anqlosakslarla sionist-yevangelist güc arasında amansız savaş gedir və bunun necə bitəcəyi müəmması var...
- Dünyanın idarə olunmasında qlobal sərmayənin rolu böyükdür. Qlobal sərmayədə isə yəhdilərin payı böyükdür. Yəhudilər ABŞ dərin dövlətini parçalamağı bacardılar.
Trampın hakimiyyəti gətirilməsi də bunun əsas siyasi əlamətlərindən biri oldu. Bir sözlə, yəhudilər ABŞ dərin dövlətini parçaladılar və bu zaman yevangelistlərlə ittifaq qurdular. Anqlosaks qanadı da bundan az sonra yəhudiləri parçaladı. ABŞ və Avropa yəhudiliyini. Avropa yəhudiliyinin mərkəzi yuxarıda qeyd etdiyim kimi Londondur.
London Avropa Birliyindən çıxdıqdan sonra belə düşüncədə idi ki, keçmiş imperial təcrübəni nəzərə alaraq yeni dünya düzənində öz sistemini qursun, dünyanın bir qütbü olsun. Bu posesin arxasında da yəhudilərin siyasəti dururdu. Yəni ABŞ dərin dövlətini aralamaq, anqlosaksları bölmək və qlobal sistemdə ABŞ-a alternativ yaratmaq. Düşünürdülər ki, Rusiya və Çinlə Böyük Britaniya arasında əlaqə yaratmaqla buna nail olmaq olar. İndi anqlosakslar təzyiqlərini artırıb, ABŞ dərin dövlətinin anqlosaks qanadının getdikcə gücləndiyi müşahidə olunur.
Prezident Trampın ətrafının təmizlənməsi, Trampın anqlosakson qanadla birgə hərəkəti müşahidə edilir. Üstəlik Londonun da mövqeyi əvvəlki kimi birmənalı deyil. Əksinə, Londonda da parçalanma gedib. Əslində Rusiya, Çin və Londona təzyiqlərin artıması açıq görünür. Bu da ABŞ dərin dövlətində anqlosaksların təşəbbüsü ələ aldığının əlamətidir. Sözsüz ki, mübarizə davam edir. Amma hələlik anqlosaks qanadı ABŞ-da təşəbbüsü ələ alıb. Fikrimcə, qarşıdan gələn ABŞ prezident seçkilərində bu amil görünəcək. Əgər Tramp anqlosaks qanadının dediklərini tam qəbul edəcəksə və onlarla birlikdə hərəkət edəcəksə, bu zaman prezident postuna Tramp və ya Baydenin seçilməsinin elə də ciddi fərqi olmayacaq.
- Sözsüz ki, dünyada gücü və potensialı olan ölkələr maraqları uğrunda qlobal və regional çərçivədə mübarizə aparır, konfiqurasiyalar qururlar. Bu baxımdan Türkiyənin mövqeyini necə qiymətləndirmək olar?
- Türkiyənin fəallığını, türk kəşfiyyatının, ələlxüsus siyasi kəşfiyyatının gücləndiyini görürük. Mən türk kəşfiyyatı və ona uyğun da türk siyasətinin necə çevik hərəkət etdiyini müşahidə edirəm. ABŞ ilə Türkiyə arasımda da ciddi danışıqlar gedir. Və bunun ilkin əlamətləri də tədricən ortaya çıxır.
- Söhbət hansı əlamətlərdən gedir?
- Məsələn, Liviya proseslərinə baxmaq olar. Böyük Britaniya Liviya məsələsində Türkiyə ilə eyni mövqeyə keçdi və qanuni hökuməti dəstəklədiyini bəyan etdi. Bu ilk əlamətdir.
İkincisi, NATO-nun Liviyada qanuni hökumətə dəstək verməyə hazır olduğunu elan etməsi.
Üçüncüsü, İsraillə Türkiyəni barışdırmaq cəhdləri və ilkin danışıqların aparılması.
Əslində bütün bunların arxasında ABŞ durur.
Baxın, Türkiyənin Rusiyadan aldığı S-400 kompleksini aprel ayında aktivləşdirməli idi. Ancaq hələlik aktivləşdirilməyib. Bütün bunlar göstərir ki, Türkiyə də dünyada gedən prosesləri yaxından izləyir və çevik hərəkətlər etməyə başlayıb. Fikrimcə, bu mərhələdə rəsmi Bakının rəsmi Ankara ilə hərəkət etməsi faydalı olardı.