25 May 2020 18:10
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Günü münasibətilə mayın 27-də Gənclər və İdman Nazirliyinin “Armudu” layihəsi çərçivəsində növbəti görüş tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı ilə olacaq.

Teleqraf.com xəbər verir ki, görüşdə cümhuriyyət dövrünə bir daha nəzər salınacaq, onun tariximizdəki yeri və rolu ətraflı təhlil ediləcək, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrəniləcək. Eyni zamanda, gənclər Azərbaycanın tarixi ilə bağlı fikirlərini alimlə bölüşmək imkanı əldə edəcəklər.

Saat 16:00-da başlayacaq onlayn görüşdə iştirak etmək istəyənlər müvafiq linkə daxil ola və ya QR kod vasitəsilə qeydiyyatdan keçə bilər:

Qeyd edək ki, 28 may tarixi Azərbaycan xalqının həyatına böyük və əlamətdar gün kimi daxil olub. Müsəlman şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər