26 May 2020 15:39
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2015-ci ildə Bəşər Əsədin yıxılmasına qısa müddət qalmış Suriyaya fəal hərbi müdaxilə etdi və şərtləri onun xeyrinə dəyişdi. Ancaq bu addımın indi Liviyada ağır duruma düşən general Xəlifə Haftarla bağlı atılacağı gözlənilmir. Düşünmürən ki, Rusiya Liviyaya hərbi müdaxilə kimi ağlasığmaz qərara imza atsın.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Ayna-Zerkola” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Liviyada yaranan durumu şərh edərkən deyib.

Müsahibimiz qeyd edib ki, indiki şərtlər daxilində Rusiyanın Liviyaya fəal müdaxilə etməsinə zəmin yoxdur:

“Çünki müdaxilə etmək üçün Suriya və ya Ukraynadan əl çəkib, bütün diqqətini Liviyaya yönəltməlidir. Üstəlik Liviyada onun qarşısına Türkiyə çıxacaq. Rusiya bir çox yerdə münaqişələrə müdaxilə edib, ancaq bundan artıq addım ata bilməz. Nəzərə almaq lazımdır ki, hamı ilə eyni anda mübarizə aparmaq mümkün deyil. Odur ki, Rusiya Liviyaya ciddi hərbi müdaxilə etməməli, daha çox Suriyadakı mövqelərini qorumalıdır. Rusiya üçün indi ən əsas istiqamət həm də Ukraynadır. Çünki artıq Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya üzvlüyünə maneə olan hərbi ittifaqın nizamnaməsinin 5-ci bəndini nəzərə alınmaya və həmin ölkələr üzvlüyə qəbul edilə bilər. NATO-nizamnaməsinin 5-ci bəndinə görə, ərazisində hərbi münaqişə olan dövlət bu münaqişəni həll etmədən NATO-ya üzv ola bilməz. Amma son zamanlar bu bəndi nəzərə almadan Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya üzv qəbul edilməsinə dair fikirlər səslənir. Məsələn, biz vaxtilə NATO-da olanda Azərbaycanın üzv dövlət olmaq istəməsi ilə bağlı sual vermişdik. Cavab olaraq bildirmişdilər ki, sizin hərbi alyansa qəbul edilməniz mümkün deyil. Səbəb kimi Ermənistanla hərbi münaqişə göstərilmişdi".

E. Şıxlı bildirib ki, indiki şərtlər daxilində Ukrayna Rusiya üçün prioritetdir:

“Ukrayna da Rusiyaya məğlub olsa, təsəvvür edin ki, nələr baş verəcək. Ən azından NATO Rusiya ilə sərhədə qədər gəlib çıxacaq, Qara dənizdə NATO hərbi gəmilərinin sayı çoxalacaq. Belə təhlükə qarşılığında Liviyada müharibə aparmaq Rusiyanın nəyinə lazımdır? Bəziləri Liviya neftini əsas kimi göstərir. Bəli, Liviyada zəngin və keyfiyyətli neft var. Amma indi dünyada neftə olan tələbat getdikcə azalır, 20 ildən sonra isə xam neft dünya siyasətində o qədər də ciddi əhəmiyyət daşımayacaq. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırda Liviyaya Rusiyanın muzdlu döyüşçüləri Vaqner şirkəti vasitəsilə gedir və döyüşlərdə iştirak edirlər. Ruslar Liviyada bu formada iştirak edirlər. Amma ora rəsmi qoşunların yeridilməsi elə də asan məsələ deyil. Suriyada bunu edə bildilər, çünki orada hərbi bazaları var idi. Liviyaya ordu yeridən Rusiya ABŞ-ı da prosesə qoşulmağa sövq edə bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər