31 May 2020 13:31
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun layihəsi müzakirə ediləndə biz şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişin mümkünlüyünü də nəzərdən keçirmişdik. Qonşu ölkələr artıq pasportsuz gediş-gəliş tətbiq edir.

Bu fikirləri Milli Məclisin plenar iclaısnda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq siyasəti və dövlət qurucluğu komitəsiunin sədr müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qüdrət Həsənquliyev xatırladıb ki, Gürcüstan və Ukrayna vətəndaşları şəxsiyyət vəsiqələrini təqdim etməklə Türkiyəyə gedib-gələ bilirlər:

“Biz isə qardaş ölkəyik, hedab edirəm ki, bizdə də pasort məsələsi aradan qaldırılmalıdır. İkincisi, bu saziş layihəsindən bəlli olmur ki, vətəndaşlar hər dəfə Türkiyə ərazisinə daxil olanda 90 gün qala bilər, yoxsa il ərzində.

Biz bilirik ki, başqa ölkələrə girişdə hətta 5 illik, yəni uzun müddətli vizalar verilir. Amma tələb qoyulur ki, bu 5il ərzində sən tutaq ki, 180 gün hansısa ölkədə qala bilərsən. Bu Saziş layihəsində bu barədə heç bir müddəa yoxdur. İstərdim, bu məsələyə də aydınlıq gətirilsin.

Bir də mən əvvəllər də bu məsələni qaldırmışam, indi deputat həmkarım Fazil Mutafa da qeyd etdi. İranda bizim 30 milyona qədər soydaşımız yaşayır. İkincisi İran bizim qonşumuzdur. Biz dəfələrlə burada məsələ qaldırmışıq, bunun bir izahı verilsin ki, niyə İranla viza rejimini aradan qaldırmırıq? Yəni Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır. Onlarla mənəvi yaxınlığımız, birliyimiz üçün viza rejimi aradan qaldırılmalıdır.

İrandan gəlib burada oxuyan, bizim soydaşlarımız olan tələbələr az qala 3 dəfəyə yaxın, bəzi hallarda 2 dəfədən artıq təhsil haqqı verirlər. Niyə? Məsələn, dünyanın təhsildən milyardlarla vəsait qazanan bir çox ölkələrində yerli tələbələr nə qədər təhsil haqqı ödəyirsə, xarici tələbələr də o qədər təhsil haqqı ödəyirlər. Onlar gəlib onsuz da kirayədə qalırlar, burada pul xərcləyirlər.

Yəni bu məsələləri mən parlamentdə ona görə qaldırıram ki, bizim müvafiq dövlət, hakimiyyət orqanları bu məsələlər üzərində ciddi şəkildə düşünsünlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər