1 İyun 2020 09:05
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev mayın 28-də məcburi köçkünlər üçün salınmış və 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, bir neçə vacib mesaj verdi.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, dövlət başçısı məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərinin müvəqqəti xarakter daşıdığını bildirib:

“Dövlət başçısı qeyd etdi ki, danışıqlar prosesi çərçivəsində mərhələli həll variantı müzakirə edilir. Bu gün Azərbaycanın müasir silahlarla təchiz olunmuş, yüksək döyüş qabiliyyətli peşəkar ordusu var. Prezident qeyd etdi ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Qeyd edim ki, dövlət başçısının bu fikri hərbi sahə üzrə ixtisaslaşmış nüfuzlu təşkilatların və KİV-lərin hesabatlarında da öz əksini tapır. Belə ki, Azərbaycan Ordusu 2018-ci ildə “Global Firepower” təşkilatının yekunlarına əsasən, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmışdı”.

İlyas Hüseynov qeyd edib ki, dövlət başçısının dediyi kimi, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır:

“Bu gün müzakirə edilən və danışıqlar masasında olan məsələ də məhz mərhələli həll variantıdır. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da öz çıxışında bildirib. Ermənistanın rəhbərliyi öz populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində cənab prezidentin də bildirdiyi kimi, həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Ermənistanın siyasi “elita”sı danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və öz daxili auditoriyalarına hesablanmış yalanlar söyləməkdə davam edir. Lakin qeyd etmək lazımdır ki, Ermənistanın rəhbərliyi burada da riyakarlıq edir, öz xalqını və vasitəçiləri aldatmaq istəyir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər