2 İyun 2020 11:49
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda oldum, insanlarla görüşüb problemləri ilə maraqlandım. Mən buradan seçicilərin problemini icra orqanlarına çatdırmaq istəyirəm.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin növbədənkənar iclasında komitə sədri Qənirə Paşayeva səsləndirib.

Deputat qeyd edib ki, əhalinin gəlir mənbəyi kənd təsərrüfatıdır: “Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün böyük işlər görülüb. Amma suvarma sistemlərinin inkişafı olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Tovzuda kənd təsərrüfatı mövsümü başlayıb. İnsanlar deyirlər ki, bu il də ötən il olduğu kimi, quraqlıq olacaqsa, nə ilə qarşılaşacağıq, məhsuldarlıq necə olacaq? Qeyd edim ki, cənab prezident də su sistemlərinin inkişafı, suvarma və suyun ədalətli bölünməsi haqqında danışıb”.

Qənirə Paşayevə əlavə edib ki, Tovuz rayonunda bu problemi aradan qaldırmaq üçün iki layihə var:

“Mən buradan hökumətə, hörmətli baş nazirə müraciət edirəm. Bu layihələrdən biri Zəyəm çayı üzərində su anbarının tikintisidir. Bu, Tovuzla yanaşı Şəmkirin də çoxlu sayda kəndlərinin suvarma problemini həll edə bilər.

İkinci layihə isə odur ki, Kür çayından nasoslarla su vurularsa, xeyli kəndin suvarma problemi aradan qalxar. Bu layihə əvvələr də olub. Mən hörmətli baş naziri bu məsələlərə baxmağa dəvət edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər