4 İyun 2020 20:23
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxış Ermənistan dövlətinin təcavüzkar və faşist mahiyyətinin ifşa olunması nöqteyi-nəzərindən dəyərli məqamlara malikdir. Xüsusilə də Ermənistanın müstəqillik əldə etdikdən indiyədək ölkədə monoetnik cəmiyyət qurmaq istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini göstərmək üçün çox maraqlı fikirlərdir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, bu bir həqiqətdir ki, Ermənistan 1988-ci ildə Azərbaycana qarşı ərazi iddialarına başlayandan bəri sözügedən ölkədə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində orada cəmiyyətin 99,9 faizi etnik ermənilərdən ibarətdir:

“Orada yaşayan azərbaycanlıların hamısını ölkədən deportasiya etdilər. Başqa xalqlardan olanlar da bu cəmiyyətdəki dözümsüzlük siyasətinə etiraz olaraq, başqa xalqlardan olanlara düşmənçilik münasibəti nəticəsində zaman-zaman ölkəni tərk ediblər. İndi Ermənistan dövləti özünü guya dünyada çoxmillətli ölkə kimi göstərmək üçün orada yaşayan təxminən 2-3 minlik yezidi kürdün üzərindən siyasət qurmağa çalışır. Sübut etməyə çalışır ki, guya Ermənistan cəmiyyəti monoetnik cəmiyyət deyil, çoxmillətli cəmiyyətdir və sair. Amma bütün dünya da görür ki, orada milli azlıq kimi təqdim olunan yezidi kürdlər əslində o cəmiyyətin monoetnikliyini qəti şəkildə dəyişdirə bilməz”.

Aydın Quliyev daha sonra deyib:

“Ona görə də Prezident İlham Əliyevin çıxışında Ermənistan dövlətinin monoetnik mahiyyəti barədə, orada başqa xalqlardan olanlara düşmən, ögey münasibətlə bağlı dedikləri tamamilə həqiqətəuyğundur və Ermənistanın həm ölkə daxilində apardığı etnik təmizləmə siyasətinin reallığını, həm də xarici siyasətdə şovinist erməniçilik üzərində siyasət apardığını sübit etmək nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Bir sözlə, Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxış Ermənistan dövlətinin faşist mahiyyətini, onun təcavüzkarlığını və digər xalqlara qarşı barışmaz mövqeyini göstərmək baxımından çox əhəmiyyətlidir”.

.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər