Ötən gün Tural Gəncəliyev və komandası ilə möhtəşəm söhbətimiz baş tutdu.
Teleqraf.com xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Zaxari Qross rəsmi Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Tural Gəncəliyev və komandası ilə prioritetlər - hər şeydən öncə danışıqların daha da inkişaf etdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təşviq edilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.