Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Dağıstanda qalan Azərbaycan vətəndaşları ilə bağlı məlum insidentdən sonra atılan addımlar barədə jurnalistlərə məlumat verib.
Teleqraf.com xəbər verir ki, Leyla Abdullayeva Operativ Qərargahın bugünkü brifinqində deyib ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev məlum olayla bağlı açıqlama verib:
"Vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı görülən işlər bu gün də davam etməkdədir. Hər iki ölkə başçısı arasında telefon zəngində vətəndaşların ölkəyə gətirilməsi məsələsi müzakirə olunub. Son bir ay ərzində Rusiyadan minə yaxın həmyerlimiz ölkəyə gətirilib. Onlar "Evə gedirəm" portalından qeydiyyatdan keçirlər və növbəlilik prinsipi əsasında ölkəyə gətirilirlər. Lakin vətəndaşların portaldan qeydiyyatdan keçməyərək sərhədə yaxınlaşmalarını müşahidə edirik. Onlar sərhədə yaxınlaşaraq yaxınlarının sağlamlığını riskə atırlar".