6 İyul 2020 21:13
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan pandemiyanın iqtisadiyyata təsirlərinin minimumlaşdırılmasına çevik reaksiya verən ölkələrdən biridir. Prezidentin tapşırığı ilə pandemiyanın təsirlərinin minimumlaşdırılması üçün 3 iqtisadi paket hazırlandı və təsdiq olundu. Postpandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi siyasəti davam etdiriləcək

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, həmin iqtisadi paketlər iqtisadi sektordan sosial sektora, həmçinin maliyyə və bank sektoruna pandemiyaının təsirlərinin azaldılması məqsədi daşıyır.

Deputat qeyd edib ki, bütövlükdə pandemiyanın təsirlərinin minimumlaşdırmaqla bağlı hazırlanan iqtisadi paketlərdən artıq 4,8 milyon vətəndaşımız birbaşa və yaxud dolayı yollarla faydalana bilib: "İqtisadi paket pandemiya dövründə koronavirusun təsirlərinin minimumlaşdırmasına xidmət edir. Bu iqtisadi paketin strateji özəlliyi ondan ibarətdir ki, postpandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi siyasəti davam etdiriləcək. Artıq iqtisadi paket çərçivəsində həm muzdla çalışan vətəndaşlarımıza, həm də sahibkarlara, fərdi və mikro sahibkarlara birbaşa dəstək həyata keçirilib”.

Vüqar Bayramov bildirib ki, əmək haqqlarının kompensasiyası üçün iqtisadi paketdən 215 milyon manat vəsait təsdiq edilib: "80 milyon manat isə fərdi sahibkarla üçün iqtisadi paketdən tədbirlər üçün ayrılıb və bu vəsaitdən də artıq istifadə olunur. Eyni zamanda güzəştli kreditlərə çıxış imkanı və eləcə də real sektora yönəldilən kreditlərə subsidyaların verilməsi həyata keçirilir. Martın 10-na qədər götürülmüş biznes kreditlərə 10 faiz subsidiya tətbiq olunur ki, bu da 1 milyard manat kredit portfelinə 100 milyon manat kompensasiyanın verilməsi anlamına gəlir. Bu da xüsusilə sahibkarların xərclərinin minimumlaşdırılması baxımından olduqca vacibdir".

Millət vəkili vurğulayıb ki, eyni zamanda 500 milyon manatlıq kredit porfelindən də sahibkarla güzəştli kreditlər təklif ediləcək: "Artıq İqtisadiyyat nazirliyi tərəfindən elektorn kredit portfeli tətbiq olunub. Bu da sahibkarların həmin kreditlərə çıxış imkanları deməkdir".

Deputat əlavə edib ki, bununla sahibkarlar yeni imkanlar və güzəştli kreditlərə, kredit faizlərinin yarısına güzəşt əldə edərək öz fəliyyətlərinin genişləndirilməsinə imkan əldə edəcəklər: "Vergi güzəştləri də kifayət qədər çoxlu sayda vətəndaşlarımızı əhatə edəcək. Bu, həm pandemiyanın davam etdiyi və bütövlükdə 2021-ci ilin yanvarın 1-ə qədər olan dövrdə davam edəcək. Xüsusən də sabiq qəbzlə çalışan sahibkarlar üçün vergi və eləcə də sosial ödənişlər orta hesabla iki dəfə azaldılmış oldu. Əmlak və torpaq vergisi sıfırlandı, icarə vergisi, sadələşmiş verginin dərəcəsi də iki dəfə endirildi ki, bu da sahibkarlar üçün az vergi ödəməklə vəsaitlərə qənaət baxımından çox vacibdir”.

V.Bayramov bildirib ki, dövlətin sosial dəstəyi davam edir: "Birinci mərhələdə 600 min vətəndaşımız birbaşa bu sosial dəstəkdən faydalana bilib. Növbəti mərhələdə xüsusən də karantin zonasında yaşayan vətəndaşlarımız üçün bu dəstək davam etdiriləcək. Pandemiya dövründə vətəndaşlara, həmçinin sahibkarlara birbaşa yardımlarla bağlı, xüsusən biznes sektoruna təşviqedici paket vasitəsilə dəstək göstərilir. Dövlət dəstəyi ilə yanaşı vətəndaşlarımızın da pandemiyanın təsirlərinin azaldılması ilə bağlı həmrəyliyinin davam etdirməsi çox vacibdir. Çünki koronavirusun təsirlərinin azaldılması, bizim karantin qaydalarına riayət etməyimiz vacibdir. Tibbi maskalardan istifadə etmək, sosial məsafəni gözləməklə yoluxma sayının azaldılması və bütövlükdə pandemiyanın lokalaşdırılması ilə yenidən iqtisadi aktivliyin bərpa edilməsi imkanı yarada bilərik. Bu da növbəti dövrdə artıq real sektorda aktivliyin mərhələli şəkildə bərpası anlamına gəlir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər