15 İyul 2020 11:22
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyi 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə videokonfrans vasitəsilə anma tədbiri keçirir.

Teleqraf.com xəbər verir ki, Türkiyə səfiri Erkan Özoral əvvəlcə Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların davam etdiyini bildirb:

“Təəssüf ki, şəhidlərimiz var. Öncə şəhidlərimizə Allahdan rəhmət diləmək istəyirəm. Yaralılara Allahdan şəfa diləyirəm. Bütün Azərbaycan xalqına başsağlığı verirəm. Allah Azərbaycanı ən yaxın zamanda müzəffər etsin. Qarabağ təkrar gerçək sahiblərinə qayıtsın deyirəm”.

Daha sonra bu günlərdə sərhəddə verdiyimiz şəhidlərin və Türkiyədə çevriliş cəhdi zamanı həlak olmuş 251 şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Səfirliyin dini məsələlər üzrə müşaviri Zeki Yavuzyılmaz tərəfindən “Qurani-Şərif”dən ayə və daha sonra dua oxunub.

Onlayn konfrans davam edir.


Müəllif: Səxavət