15 İyul 2020 12:22
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycana silah tədarükünə qoyulan qadağanı müzakirə edəcək.

Teleqraf.com-un məlumatına görə, senator Bred Şerman tərəfindən təklif olunan 66 nömrəli düzəlişə əsasən, ABŞ prezidenti Konqresə belə çatdırılmaların mülki aviasiyanı təhdid etməyəcəyi barədə zəmanət verməsə, Azərbaycana müdafiə məqsədli mal və xidmətlərinin verilməsi üçün heç bir vəsait istifadə edilə bilməz.

Qeyd olunub ki, bir neçə konqresmen - qondarma erməni soyqırımının müdafiəçiləri Frank Pallone və Bred Şerman da daxil olmaqla, ABŞ-ın 2021-ci il üçün müdafiə büdcəsinə müvafiq dəyişikliklər layihəsini təqdim ediblər.

Layihə üzrə səsvermə iyulun 20-də baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu