Roma Papası Fransısk Ermənistan və Azərbaycan arasında mövcud olan uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, son günlər baş verənlərdən narahatlığını ifadə edib.
"Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında yeni gərginliyi narahatlıqla izləyirəm", - pontifik bildirib.
Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib və ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyətin köməyi ilə "dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə bilər".