20 İyul 2020 11:38
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı ABŞ Konqresinin üzvlərinə müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, iyulun 20-də ABŞ Konqresindədə “Dövlət Müdafiəsi haqqında” Qanuna düzəliş müzakirəyə çıxarılacaq.

Əgər bu düzəliş qəbul edilərsə, ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsi qadağan olunacaq.

Bununla əlaqədar olaraq, ADR Hərəkatının ABŞ Konqresinə göndərdiyi müraciətdə deyilir ki, Ermənistan Rusiyanın hərbi və siyasi dəstəyi ilə Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağı və 7 ətraf rayonu 27 ildir ki, işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərində dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etmir, Azərbaycanın ərazi bütövlüyünə qəsdini davam etdirir:

“Ərazilərin işğal olunması nəticəsində Azərbaycanda 1 milyona qədər məcburi köçkün 30 ildən çoxdur ki, yurdlarından didərgin düşüb, tərk etdikləri ərazilərə qayıdacağı günü həsrətlə gözləyirlər.

1994-cü ildən indiyə qədər davam edən atəşkəs dövründə erməni-rus hərbi qüvvələrinin hucumu nəticəsində onlarla günahsız insan həlak olub, 2017-ci ildə 2 yaşlı Zəhra artileriya mərmisi ilə öldürülüb, onun ailə üzvləri yaralanıb.

Ermənistan Rusiyanın hərbi və siyasi qüvvələrinin dəstəyi ilə təşkil etdiyi hücumlar nəticəsində Qərbə doğru istiqamətlənən neft və qaz kəmərlərinə ciddi təhlükə yaranıb. Çünki Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri - Qərb İxrac Neft Boru kəməri (QİBK), Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) - Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni-rus hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərzazisindən keçir. Qaz kəmərləri Türkiyəyə, ordan da TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qaz çatdırılacaq. Avropaya çatdırılacaq qazın həcmi cari və gələn il üçün planlaşdırılan 16 milyard kubmetrdən 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə qədər artacaqdır. "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəlişin baş tutacağı halda Avropanın enerji təhlükəsizliyinin təminatına ciddi problemlər yaranacaq və Qərbin enerji bazarı Rusiyadan daha da asılı vəziyyətə düşəcək.

Odur ki, ADR Hərəkatı Konqres üzvlərini erməni-rus yalanlarına uymamağa və bu düşəlişin bölgədə rusiyanın mövqeyini möhkəmləndirməyə xidmət edəcəyini nəzərə alaraq “Dövlət Müdafiəsi haqqında” Qanuna düzəlişə səs verməməyə çağırıb”.

Əlavə edək ki, sözügedən qanun layihəsinin müəllifləri qondarma erməni iddialarının müdafiəçiləri, senatorlar – Bred Şerman və Frank Pallonedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər