24 İyul 2020 19:24
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hücumu düşmənin bütün cəbhələrdə kapitulyasiyasına nail olanadək davam etdirmək lazımdır. Belçikada, ABŞ-da, Böyük Britaniyada Ermənistanın Azərbaycanın sərhəd bölgəsində həyata keçirdiyi hərbi təxribata etirazlarını bildirən azərbaycanlılara qarşı fiziki güc tətbiq edilməsini, diplomatik nümayəndəliklərimizə hücumu ermənilərin son 30 il ərzində buraxdıqları ən böyük səhvlərdən biri hesab etmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, artıq həm Ermənistan, həm erməni diasporunun əlaqələndiriciləri, həm bu işğalçı ölkənin ənənəvi himayəçiləri də baş verənlərin fərqindədirlər:

“Nəyin bahasına olursa-olsun diqqəti zorakılıq faktlarından yayındırmağa, azərbaycanlıları təxribata çəkməyə, buraxdıqları ciddi səhvi kompensasiya etməyə çalışacaqlar. Bu məqsədlə müxtəlif səhnələşdirilmiş “hadisə”lərin baş verməsi, Ermənistanın, eləcə də digər maraqlı tərəflərin xüsusi xidmət orqanlarının ələ aldığı şəxslər tərəfindən təxribatlara əl atılması da gözləniləndir. Bu prosesdə Ermənistanla və bu ölkənin xaricdəki təxribat qrupları ilə sinxron hərəkət edən sosial şəbəkə “terminatorları”nın iştirakı da mümkündür. Bu baxımdan, xaricdəki həmvətənlərimizdən maksimum təmkin və soyuqqanlılıq tələb olunur.

Azərbaycanlılarla ermənilər arasında Rusiyada baş vermiş insident də, qənaətimə görə ciddi təhlil olunmalıdır. İzlədiyim videolar məndə bu lokal, kiçik miqyaslı insidentlərdə qaranlıq məqamların olduğu təəssüratını yaratdı. Burada ermənilərin azərbaycanlılara qarşı həyata keçiridiyi, mahiyyət etibarilə terror aksiyasını xatırladan amansız, qəddar davranışların yaratdığı emosional ab-hava da rol oynaya bilər. Bunu istisna etmirəm”.

Elçin Mirzəbəyli hesab edir ki, planlı təxribat ehtimalını da diqqətdə saxlamaq lazımdır:

“Çünki bu üslub ermənilərin azərbaycanlılara qarşı həyata keçirmək istədikləri, yaxud keçirdikləri bütün təxribat xarakterli aksiyalarda özünü büruzə verib. Sumqayıt hadisələrini, baş təxribatçının kimliyini xatırladaq. Təbii ki, Sumqayıt hadisələri zamanı öz soydaşlarına qarşı ən qəddar cinayətləri törətməklə başqalarını da təxribata çəkən Eduard Qriqoryan tək deyildi. Öncədən planlaşdırılmış bu təxribatların arxasında erməni xüsusi xidmət orqanlarının əməkdaşları, onlarla işbirliyində olan SSRİ DTX-sının tör-töküntüləri dayanırdılar. Məhz bu səbəbdən də, istənilən insident, istənilən hadisə ciddi və həm də çevik şəkildə təhlil olunmalı, hadisələrə vaxt itirmədən reaksiya verilməlidir.

Qeyd edim ki, erməni təbliğat maşını son 2 gündə kifayət qədər fəallaşıb. Xüsusilə də sosial şəbəkələrin rus dilində olan seqmentlərində. Bunun da məqsədyönlü şəkildə baş verməsi mümkündür. İndiki şəraitdə, ən doğru seçim bütün istiqamətlər üzrə, həm də özfəaliyyətə yol verilmədən diaspor qurumlarının, xüsusulə də MDB məkanındakı təşkilatların həmvətənlərimizin marifləndirilməsi məqsədilə fəallıq nümayiş etdirməsi, azərbaycanlılara qarşı həyata keçirilən qəddar, amansız zorakılıq hərəkətlərinin hüquqi müstəvidə təqib edilməsi, informasiya hücumunun daha da sürətləndirilməsidir”.

Ekspert hazırda ermənilərin çaşqın və narahatlıq içində olduğunu söyləyib:

“Bu, 4 dildə yayımlanan “Russia Today” (Rusiya bu gün) telekanalının sahibi Marqarita Simonyanın təxminən 6 gün öncə həmvətənlərinə ünvanladığı, kifayət qədər sərt ritorika ilə müşayiət olunan müraciətdən də sezilir. Bu müraciət ermənilər arasında ölkənin gələcəyi və prioritetləri ilə bağlı fikir ayrılıqlarının dərinləşərək qütbləşməyə doğru getdiyini sübuta yetirir. İndiki şəraitdə xalqımıza məxsus tolereantlıq ənələrinin müqayisəli şəkildə, səmimi nümunələrlə və mümkün qədər da geniş auditoriyaya təqdim etməliyik. Ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, bütün digər xalqlara, o cümlədən ruslara, yəhudilərə, ukraynalılara, gürcülərə qarşı dözümsüz olduqları konkret faktlarla, sənədlərlə və həm də müxtəlif dillərdə təbliğ olunmalıdır.

Ermənilər özlərindən olmayan hər kəsə nifrət bəsləyirlər. Bu faktı fasiləsiz olaraq ən müxtəlif vasitələrlə dünyaya təqdim etməliyik. Sözçülük və “şəkil çəkdirmək” mərhələsi geridə qalıb. Hücumu düşmənin bütün cəbhələrdə kapitulyasiyasına nail olanadək davam etdirmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər