3 Avqust 2020 10:00
4 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın vaxtlarda bir neçə ətraf rayonun ordumuz tərəfindən geri alınması xəbərini eşidə bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında ölkəmizdə keçirilən hərbi təlimlərə diqqət çəkib:

“Ankaranın Suriya və Liviyanın ardından Azərbaycandakı fəallığı, o cümlədən ölkələrimiz arasında keçirilən irimiqyaslı hərbi təlimlər Rusiya və İranı da rəsmi Bakının maraqlarına biganə yanaşmamağa gətirib çıxaracaq. Bu təlimlərdə Türkiyə ən müasir silahlarını bizim hərbçilərlə bölüşdü. Təbii ki, son zamanlar Ermənistanın ən çox arxalandığı “SU-30”a qarşı”F-16”ların Azərbaycana gətirilməsi İrəvan üçün gözdağı olan silahlardan biridir. Qeyd etməliyəm ki, “F-16” rus “SU-30”larından müqayisə olunmayacaq qədər güclüdür.

Yeri gəlmişkən, hazırda Moskva Ankaranın bu bölgədəki maraqlarını nəzərə almaya bilməz. Bu baxımdan, yaxın vaxtlarda bir neçə ətraf rayonun ordumuz tərəfindən alınması xəbərini eşidə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər