6 Avqust 2020 12:27
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hökumətin diqqətini tikinti sektorunda yaranan durğunluğa cəlb etmək istərdim. Tikinti sektorunun işləməsinə imkan verilməsi olduqca zəruridir”

Teleqraf.com bildirir ki, bu sözləri AVP sədri, deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat daha sonra qeyd edib ki, supermarketlərə insanlar daha çox üz tutur, nəinki mebel mağazalarına: “Bu mənada hesab edirəm ki, mebel mağazalarının da açılması zəruridir. Ayrı-ayrı ticarət mərkəzləri də açılmalı, bununla paralel olaraq karantin rejiminə ciddi əməl olunmalıdır. Mən müşahidə etmişəm, bəzi marketlərə maskasız daxil olan insanlara sahibkar xidmət göstərilməyəcəyini deyir. “Sədərək” və “Binə” ticarət mərkəzlərində minlərlə insan çalışırdı, indi onlar işsiz qalıb”.

Millət vəkili deyib ki, koronavirusun müəyyənləşdirilməsi ilə bağlı testin qiyməti kifayət qədər yüksəkdir: “Bizdə ən aşağı qiymət 50 manat civarındadır. Bu məsələyə də baxılmalı və minimum qiymət haqqında düşünməli, əgər mümkündürsə, pulsuz həyata keçirilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər