17 Avqust 2020 21:00
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strateq.az saytının baş redaktoru Elxan Şükürlü yenidən Ədalət Partiyasının sıralarına qoşulub.

Bu barədə sosial şəbəkə hesabında E.Şükürlünün özü məlumat verib.

"Bu gün Azərbaycan siyasətinin ən təcrübəli və hazırlıqlı, ağsaqqal isimlərindən birinin – hüquq elmləri doktoru İlyas İsmayılovun tövsiyəsi ilə yenidən 9 il əvvəl – 2011-ci ildə aralandığım Ədalət Partiyası sıralarına qayıtdım. Elə İlyas müəllimin sərəncamı ilə də partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olundum", deyə o bildirib.

E.Şükürlü qeyd edib ki, Ədalət Partiyasının kursu bəllidir və təyinatından əvvəl İlyas İsmayılovla söhbət zamanı yaxın gələcəkdə tutacaqları mövqe bir daha ona xatırladılıb:

"İndi Azərbaycan cəmiyyətinin daha çox ehtiyac duyduğu və son hədəfi milli maraqalar ətrafında barışa, uzlaşmaya gətirib çıxaracaq orta yolla yürümək!

Bu, elə bir yoldur ki, bizdən öndəkilər ayaq saxlayıb bizi gözləməyə, bizdən geridə qalanlar isə bizə çatmağa can atacaqlar!

Allah doğru yolda yürüyəcək hər kəsə kömək olsun!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər