Müharibə təkcə silahla deyil, sözlə, ideologiya ilə də aparılır. Bu mənada qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Arayik Arutinyanın səsləndirdiyi sərsəm fikirlərin heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın artan nüfuzu qarşısında bu gün işğalçı Ermənistan çox cılız və aciz duruma düşüb. Öz acizlikləri fonunda ara-sıra sərsəm bəyanatlar səsləndirməklə mövcudluqları hiss etdiməyə çalışırlar.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, düşmənin tez-tez ölkəmizin mühüm obyektlərini hədəf alması ilə bağlı fikirləri qorxudan və təlatümdən doğan söz yığınından başqa bir şey deyil.
Deputata görə, Azərbaycan ordusunun bu gün ən müasir silahlarla və texnika ilə təchiz edildiyini ermənilər çox yaxşı bilirlər:
“Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələri, Havadan Müdafiə Kompleksləri ən yüksək hazırlığa və təchizata malikdir. Onlar edə bilməyəcəkləri məsələləri dilə gətirməklə öz qorxulurını ört-basdır etməyə çalışırlar. Düşmən yaxşı bilir ki, İrəvan Naxçıvanla 40-50 km məsafədədir. İrəvanda hər bir obyekt Azərbaycan Ordusunun hədəfindədir. Eyni zamanda Ermənistan ərazisində və qondarma rejimin bütün hərbi obyektləri ordumuzun nəzarətindədir. Onların səsləndirdikləri fikirlər isə cəfəngiyatdan və özlərini göstərməkdən başqa bir şey deyil”
Elman Məmmədov bildirib ki, Azərbaycanın hər bir şəhəri və strateji məntəqələri Ordumuz tərəfindən ən yüksək səviyyədə müdafiə edilir.
Millət vəkili ermənilərin sələndirdikləri sərsəm fikirlərin sadəcə cəmiyyətində guya müəyyən narahatlıq yaratmaq məqsədlərinə əsaslandığını söyləyib:
“Azərbaycan-Türkiyə hərbi təlimlərinin yüksək səviyyədə keçirilmıəsi fonunda belə bir bəyənatın səsləndirilməsi qorxu hissindən qaynaqlarır. Qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, xarici işlər və müdaifə nazirlərinin də Azərbaycanla bağlı səslənirdikləri fikirlər erməniləri narahat edib”.
Deputat qeyd edib ki, ermənilər yaxşı bilirlər ki, bu gün oturduqları torpaqların sahibi Azərbaycan xalqıdır: “Bu xalq o düşməndən, işğalçıdan faşistlərdən yaxın zamanlarda bu torpaqları təmizləyəndə, orada nə Arutinyan, nə də axmaq Paşinyan qalmayacaq”.
Deputat onu da əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri isə hələ də susqunluqlarını qoruyurlar: “Mənim fikirlərim bəzən kimlərinsə xoşuna gəlmir. Adını da qoyurlar ki, guya biz bunlarla münasibətlərimzi soyuqlaşdırmamalıyıq. Reallıq, fakt ortadadır. Hər şeyı adı ilə demək lazımdır. Dəfələrlə bildirmişəm və həmişə də fikrimin üstündə dayanıram ki, həmsədr dövlətin 3-də tarixən də, bu gün də Ermənipərəst mövqedən çıxış edib. Yüz il bundan qabaq olan tarixdə də onların ermənilərlə bağlı siyasəti göz önündədir. Həmsədr dövlətlərdən olan Rusiya Cənubi Qafqazda ermənilərin timsalında özünə dayaq nöqtəsi yaratmaqla mövqeyi bu məsələdə ortaya qoydu. Türk dünyasının ortasında bir münaqişə ocağı yaratmaqla öz gələcək planlarını işə salmağa başladı. Fransanın da mövqeyini bu məsələlərdə izah etməyə ehtiyac yoxdur. Nisbətən az ziyanlı mövqedə olan isə ABŞ-dır”.