Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun Tvitterdə türk dilində paylaşdığı dialoq mesajına cavab verib.
Teleqraf.com xəbər verir ki, ƏrdoğanTvitterdə paylaşımında Türkiyənin dialoq tərəfdarı olduğunu qeyd edib.
"Türkiyə Cümhuriyyəti 2 min illik tarixi olan köklü və qədim dövlətdir. Provokasiyalara əsla fikir vermirik. Biz səmimi hər çağırışı dinləyərək diplomatik vasitə ilə mümkün qədər problemləri dialoq yoluyla hər kəsin qazana biləcəyi çözüm niyyətindəyik. Ölkəmizin bir damla suyunun da, bir qarış torpağının da bu qayda ilə müdafiəsini sona qədər davam etdirəcəyik", - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Makron Tvitterdə türkcə Ajaccioda Türkiyəyə açıq bir mesaj göndərildiyini qeyd etmişdi: "Yaxşı niyyətli, sadəlövh olmayan dialoq quraq. Bu çağırış bundan sonra Avropa Parlamentinin də çağırışıdır. Görünür, eşidilib. İrəliləyək".