Almaniya və Avropa Komissiyası Türkiyə ilə Yunanıstan arasında görüşlərə fokuslaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Kipr Respublikasının hökumətinə yaxın olan media bildirir.
İqtidara yaxın “Fileleftheros” qəzeti qeyd edib ki, Türkiyəyə sanksiya tətbiqini istəyən yunan Kipri “sanksiya əvəzinə dialoq” deyə Avropa Birliyinin təzyiqlərinə məruz qalıb.
İddiaya görə, Cənubi Kipr Respublikası Türkiyəyə qarşı sanksiya məsələsində israr edib, ancaq Almaniya Kansleri Angela Merkel bunun qarşısını alıb.
Avropa Birliyindən yunan iqtidarına “sanksiyalar gözləyə bilər, indi vacib olanı türk-yunan dialoqunun başlamasıdır" mesajı verilib.