Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransa prezidenti Emmanuel Makrona cavab verib.
Teleqraf.com xəbər verir ki, Fransanın dövlət başçısı Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı Tvitterdə paylaşım edib.
“Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”, - o bildirib.
Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev E.Makronun yazdıqlarını paylaşaraq ona cavab verib.
“Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”, - səfir vurğulayıb.