11 Oktyabr 2020 00:37
9 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın təkbaşına Ermənistan və üç yaxın müttəfiqinə qarşı mübarizə aparır”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib.

Millət vəkili Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən son proseslərə diqqət çəkib: “Ermənistanın bədnam baş naziri Paşinyanın bədnam xarici işlər naziri Zohrab Mnatsakanyan deyir ki, Türkiyə heç zaman danışıqlarda iştirak edə bilməz. Başa düşürəm, Türkiyədən xoşları gəlmir. Amma ATƏT-in Minsk qrupunun tərkibinə baxaq. Hamısı da xristian dövlətidir.

ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq edib, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı addımlar atır, ABŞ-ın mətbuat orqanları Azərbaycana qərəzli münasibət bəsləyir və s. Yəni tam ermənipərəstlik özünü göstərir və bu, heç kimə sirr deyil.

Rusiya - Ermənistanın ən yaxın müttəfiqidir, Ermənistana külli miqdarda, milyardlarla dollar məbləğində pulsuz silahlar verib, Rusiya mətbuatı 99% ermənipərəstdir. Rusiyanın bütün media orqanlaırnı, dövlət idarələrini ermənilər zəbt edib.

Fransa - Fransa Prezidenti Emanuel Makron Ermənistanın baş naziri, xarici işlər naziri Jan-Yves Le Drian isə Ermənistanın xarici işlər kimi davranır. Fransa mətbuatı 99.99% ermənipərəstdir. Onlar ədalətsizliyin, qərəzin və düşmənçiliyin yeni formalarını yaradıblar”.

Razi Nurullayev Azərbaycanın təkbaşına Ermənistan və üç yaxın müttəfiqinə qarşı mübarizə apardığını bildirib:

“Dünya nə bərbad idarə olunur. Sonra da deyirlər ki, dünyada baş alıb gedən terrorizm haradan yaranır. Oradan ki, siz haqlını haqsız çıxarmağa çalışırsınız. Allah ölkəmizi qorusun və mütləq qoruyacaq. Qələbə bizimlədir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər