Azərbaycan hələ əks-hücum əməliyyatlarından öncə Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları, yalanlarını sistemli şəkildə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi. Düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu 9 10 televiziya kanalına müsahibələr verib. Bu müsahibələrdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti ilə bağlı dolğun informasiyalar beynəlxalq ictimaiyyətə çatdırılıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
O qeyd edib ki, Cənab Prezident tərəfindən Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi amillər bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırlıb.
Millət vəkili vurğulayıb ki, ölkəmizin haqlı mövqeyini əsaslandıran cənab Prezident İlham Əliyev müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub: “Prezident İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı çox yüksəkdir. Ali Baş komandan istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verib. Onun sözünü və mövqeyini ifadə edib. Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir. Ona inanır, güvənir və tam dəstəkləyir”.
Cavid Osmanov qeyd edib ki, həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr Cənab Prezidentin dövlət başçısı kimi bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanır: ”Ermənistanın erməni lobbisinin və xarici havadarlarına arxalanaraq dünyada informasiya savaşında dominantlıq yaratmağa çalışırdı. Bununla bağlı düşmən tətəf öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərdi. Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edib”.