Fransanın Azərbaycandakı səfiri Zakari Qross Prezident İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsindən ölkəsi ilə bağlı fikirlərini paylaşıb.
Teleqraf.com xəbər verir ki, səfir İlham Əliyevdən sitat gətirib:
“ “Biz həmin səhifəni bağlamışıq”. Həqiqətən də! Buna görə çox minnətdaram”.
Qross qeyd edib ki, fransalı Prezident Emmanuel Makronla İlham Əliyev son həftələr ərzində sıx təmasdadırlar:
“Hətta fikir ayrılıqları olanda belə, iki lider arasında hörmət olub”.