“Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa əsaslanır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov RİA “Novosti”-yə müsahibəsində bildirib.
“Türkiyənin bu münaqişənin həllinə dair mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən Helsinki Yekun Aktına əsaslanır. Türkiyə bölgədə davamlı sülh, təhlükəsizlik və sabitlik üçün əsas amil kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, - nazir bildirib.