10 Noyabr 2020 15:49
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu, böyük qələbədir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı bir qələbə qazanıb. Uzun illər xalqımızın gözlədiyi qələbə həsrəti bitdi. Düşmən öz təslimçiliyini qəbul edərək, demək olar ki, kaputilyasiyaya imza atdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ üzərində suverenliyimiz bərpa edildi.

Deputat qeyd edib ki, Azərbaycan bu qələbəyə addım-addım yaxınlaşıb: “Ötən 30 il ərzində ölkəmiz iqtisadi-siyasi cəhətdən güclənərək beynəlxalq arenada ərazi bütövlüyümüzlə bağlı əsaslı fikir formalaşdırıb. BMT qətnamələri və aparıcı təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi qərarlar ölkəmizin nüfuzunu sayəsində mümkün olub.

Azərbaycan Ordusunun gücü ilə beynəlxalq arenada tanınan sərhədlər daxilində hərbi əməliyyatlar uğurla icra edilib. Şanlı Ordumuz öz missiyasını yerinə yetirərək düşməni məğlub edib. Bu gün əldə edilən qələbə və imzalanan bəyanat hərbi qələbəmizin diplomatiya sahəsində üstünlüyüdür”.

Tahir Mirkişili vurğulayıb ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub: “Erməni silahlıları işğal etdiyi topraqlardan heç bir ilkin şərt olmadan çıxarılır. Məhz cənab Prezident İlham Əliyevin şərtlərinin və tələblərinin işğalçı Ermənistan tərəfindən qəbul olunması çox böyük bir qələbədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər