1 Dekabr 2020 11:37
2 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı memorandum imzalanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bununla bağlı yaydığı məlumatda deyilir:

“Noyabrın 11-də milli müdafiə nazirimiz Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin tətbiq olunmasını müşahidə və nəzarət etmək üçün video-konfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı.

Türk-Rus Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və memorandum imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün müvafiq işlər aparılmaqdadır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər