2 Dekabr 2020 21:23
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə rəsmilər ikitərəfli münasibətlərlə bağlı gündəlikdə duran məsələləri və Qarabağ bölgəsindəki son vəziyyətə dair fikir mübadiləsi aparıb.

Həmsöhbətlər Kişineu və Bakının diplomatik qurumlarının rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunan razılaşmaya əsasən iki ölkənin Xarici İşlər Nazirlikləri arasında dialoqa və ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə dair gələcəkdə ikitərəfli siyasi münasibətlərin dərinləşdirilməsi potensialını müzakirə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər