Moskvada görüş başlayıb, tərəflər müzakirələr aparır. Amma mən müzakirələrin sonunda hər hansı bir saziş və ya müqavilənin bağlanacağını gözləmirəm.
Bu fikirləri Teleqraf.com-a “Ayna-Zerkola” qəzetinin təsisçisi, siyasi şərhçi Elçin Şıxlı “Moskva görüşündə saziş imzalana bilərmi” sualına cavabında deyib.
Elçin Şıxlı xatırladır ki, adətən saziş və ya müqavilə imzalanmazdan əvvəl onu hazırlayırlar: “Xarici İşlər Nazirliyi, ticarətlə bağlıdırsa Maliyyə və ya İqtisadiyyat Nazirliyi onun üzərində işləyir. İşçi qrup yaradılır, sənəd hazırlanır, xeyir-dua alındıqdan sonra yüksək səviyyədə görüşdə müzakirəyə çıxarılır və imzalanır. Amma biz Moskva görüşündən əvvəl belə bir prosesin getdiyinin şahidi olmamışıq. Bu səbəbdən qəti əminəm ki, Moskvada əsaslı sənədə imza atıla bilməz”.