Xarici işlər naziri Ceyhun Bayramov fevralın 9-da Böyük Britaniyanın Bakıda səfərdə olan Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonla görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində bildirilib.
,Avropa Qonşuluğu üzrə dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak etmək üçün Bakıya səfər edib.