16 Mart 2021 14:56
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Prezident İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın davam edən münaqişə həll olunub. Regionda yeni reallıq, əməkdaşlıq üçün mühüm imkanlar yaranıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu münaqişəyə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, ATƏT-in qərarlarını yerinə yetirərək son qoyub:

“44 günlük müharibədə qazanılan qələbə beynəlxalq münasibətlər sistemində Azərbaycana diqqəti daha da artırıb. ATƏT-in hazırkı sədri, İsveçin XİN başçısı Ann Lindenin ölkəmizə rəsmi səfəri də bu qəbildən olan bir addım idi. Bu cür səfərlər Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Eyni zamanda təşkilatın Azərbaycanla əməkdaşlığın inkişafına önəm verməsi daha çox diqqəti çəkir”.

Naqif Həmzəyevə görə, ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş bir təşkilat olub:

“Bu baxımdan nümayəndə heyətinin ölkəmizə səfərinin nəticələri çox məhsuldar olacaq. Artıq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurma proqramı həyata keçirilir. Azərbaycan milli maraqlarına xələl gətirmədən bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanıdır. Ölkəmiz beynəlxalq hüquq, insan haqları, humanitar qanun, sülh və təhlükəsizlik kim prioritet məsələləri daim diqqətdə saxlayır. Bu baxımdan ölkəmizin ATƏT-lə birgə əməkdaşlığı regionda əbədi sülhə xidmət edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər