Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bir qrup siyasi partiya rəhbərinin işğaldan azad olunan Ağdam rayonuna səfəri təşkil olunub.
Bu barədə Teleqraf.com-a Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev məlumat verib.
O qeyd edib ki, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiəti ilə həyata keçirilir.
Səfərdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azad Demokratlar Partiyasının qurucusu və sədri Sülhəddin Əkbər, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, REAL Partiyasının sədri İlqar Məmmədov, politoloq Eldar Namazov, digər partiya sədrləri və ictimai-siyasi şəxslər iştirak edir.