17 Mart 2021 13:50
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkələrimiz arasında siyasi dialoqu çox yüksək dəyərləndiririk. Hesab edirik ki, bu dialoqun inkişaf etdirilməsi olduqca vacibdir. Bu baxımdan, bu gün görüş zamanı yüksək səviyyəli görüşlərin keçirilməsi, müvafiq qurumlar arasında siyasi məsləhətləşmələrin aparılması məsələləri olduqca vacib amil kimi qeyd edildi”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Müxtəlif sahələrdə - tikinti, nəqliyyat, xidmət, ticarət sektorlarında fəaliyyət göstərən Slovakiyanın 11 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ümumilikdə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarına nəzər yetirərkən həmin səviyyənin yetərli olmadığını vurğuladıq. Hesab edirik ki, burada çox böyük inkişaf perspektivləri mövcuddur”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər