ABŞ-ın məşhur “Vaşinqton Post” nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramını işğaldan azad olunmuş Şuşada qeyd etməsi barədə məqalə dərc edib.
Teleqraf.com həmin məqaləni təqdim edir:
“Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını şənbə günü ötən payızda müharibə zamanı Azərbaycanın Ermənistan qoşunlarından azad etdiyi mədəniyyət baxımdan əhəmiyyətli şəhər olan Şuşada təntənəli şəkildə tonqal qalayaraq qeyd etdi.
Əsrlər boyunca Azərbaycan mədəniyyətinin mərkəzi olmuş Şuşa Dağlıq Qarabağda separatçıların döyüş əməliyyatlarının gedişatında 1992-ci ildə Ermənistanın nəzarəti altına keçib. Şəhərin ötən ilin noyabr ayında Azərbaycan qoşunları tərəfindən geri qaytarılması həm rəmzi, həm də strateji baxımdan vacib idi, çünki Şuşa Xankəndinin inzibati mərkəzindən yüksəkdə yerləşir.
"Bu gün biz Novruzu qədim şəhərimiz Şuşada, Azərbaycanın mədəni paytaxtında qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi", - İlham Əliyev Novruzun qeyd edilməsinin ənənəvi üsulu olan tonqalın yandırılmasından sonra deyib.
“Ola bilsin, Şuşa dağıdılıb, bəlkə də Şuşadakı tarixi yerlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Ancaq Şuşa təslim olmadı. Şuşa sınmadı. Ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və biz bu gün Şuşada bunu bir daha görürük", - dövlət başçısı deyib.
Azərbaycan ötən il 6 həftəlik müharibənin gedişatında Ermənistan tərəfindən işla altında olan Qarabağ və ətraf ərazilərin çox hissəsi üzərində nəzarəti bərpa etdi", - məqalədə qeyd edilir.