“İnformasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”.
Teleqraf.com-un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, qarşıda duran vəzifə informasiya və kommunikasiya sahəsində əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir: “Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib”.