13 Aprel 2021 11:27
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz tikililərlə bağlı məsələ həll edilməlidir. Əksər bağ evlərində digər bölgələrdən gələn ailələr yaşayır. Onlar sosial şərtlərə görə, bağlarda mühafizə işi ilə məşğul olur, təsərrüfat yaradırlar. Necə edək ki, bu insanlar təsərrüfatını dədə-baba evində qurub yaşasınlar?

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, şəhərə girişdə adama belə təəssürat yaradır ki, Bakı gecəqondu şəhəridir:

“Vaxtı ilə məmurlar rüşvət alaraq torpaqları paylayıbar. İnsanlar da bu ərazilərdə məskunlaşıb. Ancaq bu evlərin çoxunun sənədi yoxdur. Hesab edirəm ki, bu məsələ qanuniləşdirilməlidir. Bu da problemdir. Əhalinin 10 faizi faktiki bu formada yaşayır. Hansı icra hakimiyyətinə sənəd aparırsansa, deyir, bələdiyyənin qanunu keçərli deyil. Əgər belədirsə, bələdiyyələri ləğv etmək lazımdır”.

Bir zamanlar Ankaranında bu problemlə qarşılaşdığını xatırladan Fazil Mustafa əlavə edib ki, sənədsiz evlər problemi həll edilməlidir.


Müəllif: Nemət