ABŞ Prezidenti Co Baydenin aprelin 24-də çıxışı zamanı saxta erməni “soyqırımı” ifadəsi işlətməsi heç nəyi dəyişməyəcək. Bu günə qədər “soyqırımı” tanıyanlar nəyi dəyişib ki, Baydenin o ifadəni işlətməsi nəyi dəyişsin? ABŞ və Bayden səhvə yol verərək 1915-ci il hadisələrini soyqrımı kimi tanıyacaqsa, deməli, Türkiyə ilə münasibətlərə çox ciddi zərbə vurmuş olacaq”.
Bu fikirləri Teleqraf.com-a siyasi analitik Oqtay Qasımov deyib.
Məlumat üçün bildirək ki, Prezident Baydenə yaxın mənbələr “Nyu York Times” qəzetinə bildiriblər ki, prezident seçki kampaniyası zamanı verdiyi vədi tutaraq aprelin 24-də saxta erməni “soyqırımını” tanıyacaq.
Oqtaq Qasımov isə xatırladıb ki, Türkiyə həm ABŞ, həm də NATO-nun Yaxın Şərq və Aralıq dənizi bölgəsində ən önəmli müttəfiqidir: “Üstəlik Türkiyə böyük regional gücdür. Əgə 2-3 milyonluq erməninin xatrinə 83 milyonluq özünün müttəfiqi olan regional gücə qarşı arxadan zərbə vurulacaqsa, bu Amerikanın problemi olacaq. Bu vəziyyət sözsüz ki, Amerika-Türkiyə münasibətlərinə ciddi formada xələl gətirəcək. Üstəlik bundan qazanan da Amerika olmayacaq”.
Müsahibimiz tövsiyyə edir ki, ermənilərin illuziyasına baxmağa ehtiyac yoxdur: “Prezident Bayden bunu tanısa nə olacaq, tanımasa nə olacaq? Sadəcə münasibətlər korlanacaq. Bunun başqa nəticəsi olmayacaq. Əlbəttə, istəməzdik ki, Prezident Bayden belə bir ifadəni işlətsin. Yox, əgər işlədəcəksə bundan sonra ediləcək bir şey də olmayacaq. Bu halda irəliyə baxmaq lazım olacaq. Sözsüz ki, Türkiyə də ABŞ-la münasibətlərinə yenidən baxacaq və bəzi korrektələr edəcək. Bundan ən çox da ziyan çəkən elə ABŞ olacaq”.