24 Aprel 2021 21:36
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

Bir əsr bundan öncə baş verən hadisələr yalnış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu türkiyəli həmkarın diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər