Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.
Bu barədə Teleqraf.com İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Azərbaycan bu il İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir. (İsrail-red) Xarici işlər naziri Qabi Aşkenazi bu gün videokonfrans rejimində keçirilən iki ölkə arasında ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan müştərək komissiyasının ikinci iclasında İsrail nümayəndə heyətinə başçılıq edirdi. İclas zamanı Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadiyyat naziri Mikail Cabbarov bildirdi ki, Azərbaycan bu il İsraildə turizmin inkişafı üzrə rəsmi nümayəndəlik və diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir", - bəyanatda deyilir.