4 May 2021 12:19
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, bütün mənfilikləri mollaların üzərinə atmaq düzgün deyil.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxış edən vitse-spiker Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, bütün hadisələr mollaların üzərində cərəyan etmir: “Genetik kodu mənfi olan molla da, icra başçısı da eyni hadisələri edir. Prezident İlham Əliyev bütün rayonun məsuliyyətini icra başçısının üzərinə qoyur, lakin o icra başçısı hansı əməllər edir? Bu yaxınlarda nə qədər icra başçısı, baş həkim həbs olunub?”


Müəllif: Nemət

Oxşar xəbərlər