4 May 2021 17:48
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyində (XİN) yeni idarələr yaradılıb.

Teleqraf.com xəbər verir ki, nazirlikdə aparılan struktur islahatları çərçivəsində Təşkilat-nəzarət idarəsi təsis olunub.

Yeni idarənin fəaliyyətinə nəzarəti xarici işlər naziri Ceyhun Bayramov həyata keçirəcək.

Əvvəllər C.Bayramovun kurasiyasında olan Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım idarəsinə (Agentlik) nəzarət isə nazir müavini Fariz Rzayevə tapşırılıb.

Nazirin digər müavini Mahmud Məmməd-Quliyevin kurasiyasında olan İnsan hüquqları və demokratiya idarəsi ləğv edilərək onun əsasında Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsi yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər