8 May 2021 09:16
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın ambissiyası çox olsa da, “yumşaq güc” adlandırdığımız iqtisadi resursu və gücü yoxdur. Ölkə daxilindəki sosial-iqtisadi problemləri də bura aid etsək, poblemlərlə üzləşən bir Rusiya var. Digər tərəfdən, Rusiya Yaxın Şərq, Qara dəniz, Aralıq hövzəsi siyasətində nələrsə etməyə çalışır. Bu da onun gücünün parçalanması ilə yanaşı, bir çox sahələrdə problemlərlə üzləşməsinə səbəb olur. Qarabağ məsələsini də bura aid etmək olar”.

Ankarada yaşayan azərbaycanlı professor Toğrul İsmayıl son illər Rusiya xarici siaysətinin radikallaşmasının səbəblərini Teleqraf.com-a şərh edərkən belə deyib.

O bildirib ki, Rusiyanın gücü əvvəlki kimi olmasa da, ambissiyası əvvəlki kimi qalır və bir qədər də irəliyə gedib:

“Hesab edirəm ki, Rusiya xarici siyasətinin sərtləşməsinin səbəbi buradan gəlir. İqtisadi, hərbi, siyasi güc buradan əmələ gəlir. Xüsusilə, Ukrayna böhranı və sanksiyalar səbəbindən problemlərlə üzləşən Rusiya ABŞ və NATO-nun genişlənməsi fəaliyyətinə də sərt reaksiya verir. Sadəcə Qərblə deyil, eyni zamanda Türkiyə ilə münasibələrdə də əməkdaşlıq və rəqabət mühiti artır. Yəni Rusiyanın xarici siyasəti əslində sovet dövründə olan xarici siyasətin davamı kimi görünür. Yəni dəyişmir. Dəyişmədikcə bu siyasətdə aqressivlik ortaya çıxacaq. Çünki başqa yol yoxdur. Mövqeyini qorumaq üçün hərbi varlığını əsas kimi götürür”.


Müəllif: Nemət