Azərbaycan Prezidentinin əzəli torpağımız olan Naxçıvana səfəri hər zaman mühüm hadisələrlə yadda qalır. Cənab Prezident Naxçıvandan mühüm mesajlar səsləndirdi. Öz inkişafının yeni mərhələsini yaşayan Naxçıvanda cənab Prezident tərəfindən bir sıra mühüm strateji obyektlərin açılışı oldu.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O bildirib ki, dövlət rəhbəri tərəfindən Ermənistana və dünya erməniliyinə, eyni zamanda onların arxasında olan qüvvələrə ciddi mesajlar ünvanlandı:
“Bu mesajların daha ciddi xarakter daşıyan sseriyası cənab Prezidentin dilindən səsləndirildi. Xüsəsən də Ermənistanda revanşistlərə qarşı sərt mövqe bildirildi. Azərbaycanın təhlükəsizliyinə yönələn hər bir addımın ciddi qarşılıq alacağı vurğulandı. Qarşı tərəfin son dövrlər Hadrut və Şuşa ilə bağlı sərsəmləmələrinə konkret cavablar verildi. Bununla bağlı açıq şəkildə vurğulandı ki, istənilən addıma qarşı Azərbycan adekvat reaksiya verəcək. Bu zərbədən Ermənistanın bir daha özünə gəlməsi mümkün deyil. Bu amillər cənab Prezidentin öz xarakterində ortaya qoyulan fikirlərdir. Cənab Prezident hər zaman öz fikirlərinə sadiqdir. Ona görə də qarşı tərəf bu cür yanlışlıqlara yol verməməlidir. Dağlıq Qarabağ məsələsini gündəmə gətirən, onun statusu haqqında sayıqlamalar edən, Minsk qrupunun dirçəlməsində maraqlı olanlara da xüsusi mesajlar verildi. Kanada, Fransa kimi dövlətlərə açıq xəbərdarlıq olundu. Gözlənilən odur ki, bu xəbərdarlıqdan hər kəs nəticə çıxaracaq”.
Fəzail Ağamalı hesab edir ki, Azərbaycan müharibədə qalib dövlət, xalq olaraq öz haqlı mövqeyini bütün dünyaya sübut edib:
“Dağlıq Qarabağ problemi artıq öz həllini tapıb. Dağlıq Qarabağ adında bir inzibati anlayış yoxdur. Bu məsələ artıq arxivdə qalıb. Amma əsəbləri tarıma çəkməklə diplomatik və siyasi yollarla dünya erməniliyini Azərbaycana, Türkiyəyə qarşı yönəltmək cəhdləri var”.
Millət vəkilinin fikrincə, qarşıda duran əsas məsələ kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin bərpasıdır:
“Tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan keçəcək dəmir və avtomobil yolları Naxçıvanla Azərbaycanı, Türkiyəni birləşdirəcək. Bütün türk dünyasının coğrafi birliyinə imkan yaranacaq. Bu eyni zamanda digər ölkələr üçün logistik nəqliyyat dəhlizi olacaq”.