Ermənilər Qarabağdakı məğlubiyyəti heç cür içlərinə sindirə bilmirlər. Bu səbəbdən də çalışırlar ki, Azərbayanın əleyhinə ən azı mənfi münasibət formalaşdıra bilsinlər. Bu səbəbdən də dünyadakı bütün tərəfdarlarını ayağa qaldırıblar. Məqsəd Azərbaycana çirkab atmaq, nüfuzumuza xələl gətirməkdir.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Ermənistanın haqsız olduğu halda Azərbaycan əleyhinə kampaniya aparmasının səbəblərinə toxunarkən deyib.
Cümşüd Nuriyevə görə, erməni düşüncəsi belə hesab edir ki, Azərbaycana nə qədər çirkab atsalar bir o qədər yaxşıdır: “Onların psixoloji durumu budur. Aydındır ki, onların atdığı addımların heç bir hüquqi əsası yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi var. Nizamnamə başqasının torpağını mənimsəməyi tanıya bilməz. O cümlədən, digər xarici siyasətçilərin açıqlaması da bu aspektdədir. Yəni ermənilər bizə çirkab atmaq üçün belə addımlara gedirlər. Amma dünya dəyişib. Hüquq, qanun əsasdır. Qanun olan yerdə çirkab işləyə bilməz”.