24 May 2021 23:43
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.

Bu barədə Teleqraf.com-a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər